
Finlandiyada polis əməkdaşları maaş artımı ilə bağlı problemlər səbəbindən 1976-cı ildən bəri ilk dəfə tətilə başlayıb.
Bu barədə “Yle” teleradio yayımçısı məlumat yayıb.
“Bu gün Qərbi Uusimaa-da (Finlandiyanın cənubunda yerləşən bölgə) polis əməkdaşlarının ikigünlük tətili başlayıb”, – məlumatda qeyd olunub.
Aksiya Qərbi Uusimaa Polis İdarəsinin bütün şöbələrini əhatə edəcək. Polis şöbələrindəki əməkdaşlar cinayət haqqında məlumatları və ya sığınacaq üçün ərizələri qəbul etməyəcəklər, lakin bu, insanların həyatı və sağlamlığının təhlükə altında olduğu fövqəladə hallara aid deyil.