Finlandiyanın üçüncü ən populyar partiyası olan “Həqiqi finlər” Rusiya ilə münasibətlərin pisləşməsi səbəbindən ikili vətəndaşlıq təcrübəsinin ləğv olunmasını təklif edib.

Bu barədə partiyanın çərşənbə axşamı təqdim olunan yenilənmiş proqramında deyilir.

“İkili vətəndaşlığın tam ləğvi digər parlamentarilər tərəfindən təsdiqlənməsə, OECD (İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, Rusiya onun üzvü deyil) üzvü olmayan ölkələrin vətəndaşlarının ikili vətəndaşlıq hüququnu məhdudlaşdırmaq yaxşı kompromis olardı”, – partiya sədri Riikka Purra bildirib. O qeyd edib ki, bu təklif Rusiyadakı hadisələrlə bağlıdır.

İstinadlar Report