
Finlandiya hökuməti COVID-19 vurusuna yoluxmalardakı artım ilə bağlı fövqəladə vəziyyət elan edib.
Artıq sərhədlərini bağlamış ölkədə həmin qərar çərçivəsində həmçinin məktəbləri bağlamaq, bölgələr arasında gediş-gəlişə məhdudiyyət gətirmək nəzərdə tutulur.
“Hökumət təmasları azaltmağın zəruri olduğu qənaətindədir. Hazırda hər kəs yazın və yayın necə dönəcəyinə təsir etmək üçün fürsətə malikdir”, – deyə baş nazir Sanna Marin mətbuat konfransında bildirib.