
Finlandiyanın xarici işlər naziri Pekka Haavisto ölkənin NATO-ya daxil olması üçün ərizəni imzalayıb.
Bundan dərhal əvvəl Finlandiya Prezidenti Sauli Niinistö Stokholmdan videobağlantı vasitəsilə ölkə parlamentinin alyansa qoşulması ilə bağlı qəbul etdiyi qərarı rəsmən təsdiqləyib.