Finlandiya və Fransa prezidentləri Sauli Niinistö və Emmanuel Makron arasında telefon danışığı olub.

Bu barədə Finlandiya liderinin ofisinin bəyanatında deyilir.

Məlumata görə, liderlər telefon danışığı zamanı Ukrayna ətrafındakı vəziyyəti və bununla bağlı Avropa təhlükəsizliyini müzakirə ediblər. Dövlət başçıları Rusiya ilə dialoqun vacibliyini vurğulayıblar.

“Prezidentlər Ukrayna sərhədlərindəki mövcud vəziyyəti və Avropanın təhlükəsizliyi ilə bağlı vəziyyəti müzakirə ediblər. Hər iki tərəf Rusiya ilə dialoqun vacibliyini vurğulayıb. Müzakirələr zamanı Avropanın səsinin aydın şəkildə eşidilməsi son dərəcə vacibdir”, – bəyanatda deyilir.

İstinadlar Report