
Finlandiya Rusiya səfirliyinin 9 əməkdaşını Helsinkidən göndərmək niyyətindədir.
Bu barədə çərşənbə axşamı Finlandiya hökumətinin saytında yerləşdirilən məlumatda deyilir.
“Finlandiya Rusiya səfirliyinin 9 əməkdaşını ölkədən çıxarır”, – mətndə deyilir. Bəyanata görə, Finlandiya onları kəşfiyyat fəaliyyətində ittiham edir.
“Finlandiya Xarici İşlər Nazirliyi bu barədə Rusiya səfirini məlumatlandıracaq”, – məlumatda deyilir.