Finlandiya Prezidenti Aleksander Stubb Ukraynadakı vəziyyətin kritik olduğunu, lakin bunun üç ay əvvəlkindən daha yaxşı olduğunu bildirib.

Bu barədə dövlət başçısı Finlandiya Yayım Şirkətinə (Yle) müsahibəsində deyib.

O, “Prezidentlə saat” verilişində müvafiq açıqlama verib və dinləyicilərin suallarını cavablandırıb. Qeyd olunub ki, sualların əksəriyyəti Finlandiya ilə Rusiya arasında münasibətlər və Ukraynadakı müharibə ilə bağlı olub.

“Vəziyyət kritikdir, lakin Ukrayna üçün vəziyyət üç ay əvvəlkindən daha yaxşı görünür”, – Stubb bildirib.

İstinadlar Report