“Türkiyə ilə nisbətən ortaq razılaşma əldə etdik. Görüşlə bağlı nə bədbin, nə də nikbinəm”.

Bunu Finlandiya Prezidenti Sauli Niinstö ölkəsinin NATO-ya üzvlüyü ilə bağlı keçiriləcək dördtərəfli görüş öncəsi açıqlamasında bildirib.

O, ölkəsinin terrorçu PKK-nı qoruduqları ilə bağlı Türkiyənin irəli sürdüyü qınağı qəbul etmədiklərini söyləyib: “Bu qəti olaraq doğru deyil. Terrorçuluq, sadəcə, Türkiyədə deyil, başqa yerlərdə də ciddi narahatlıq yaradır. Bugünkü görüşdə bunu söyləyəcəyəm”.

İstinadlar Report