Finlandiya Prezidenti Aleksander Stubb Avropa Parlamentinə seçkilərdə erkən səs verib.

Bu barədə o, “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.

“Bazar günü Aİ-də vacib seçkilər keçiriləcək. Süzanna (həyat yoldaşı Süzanna İnnes-Stubb) ilə mən erkən səs vermək üçün seçki məntəqəsinə getdik. Çoxlu yaxşı namizəd var. Ümid edirəm ki, öz istədiyinizi tapa biləcəksiniz”, – o, paylaşımında vurğulayıb.