Finlandiya NATO-ya üzvlük üçün müraciət edəcək.

Bunu Finlandiya Prezidenti Sauli Niinistö bildirib.

“Bu gün Prezident və Xarici və Təhlükəsizlik Siyasəti Komitəsi Finlandiyanın NATO-ya üzv olmaq üçün müraciət edəcəyi barədə qərar qəbul edib”-deyə, o bildirib.

Öz növbəsində baş nazir Sanna Marin məlumat verib ki, indi hökumət öz rəyini parlamentə təqdim edəcək:

“Bizim qərarımız tarixidir. Ən vacibi Finlandiyanın və vətəndaşlarımızın təhlükəsizliyidir. Bu qərar Skandinaviya ölkələrinin təhlükəsizliyini və əməkdaşlığını gücləndirir”, – o deyib.