Finlandiya Hərbi Hava Qüvvələrinin (HHQ) bölməsi Rumıniya sərhədlərini patrul etməyə başlayır.

Bu barədə “Radio Rumıniya” məlumat yayıb.

Məlumata görə, yeddi “F-18 Hornet” təyyarəsində xidmət edəcək təxminən 80 nəfərdən (pilotlar və texniki heyət) ibarət Finlandiya heyəti Rumıniya Hərbi Hava Qüvvələrinin və NATO komandanlığı altında Britaniya Kral Hərbi Hava Qüvvələrinin hərbi pilotları ilə birlikdə ölkənin hava məkanında təxminən iki ay müddətində patrul çəkəcək.

İstinadlar Report