“Hibrid təhdidlərə və dezinformasiyaya qarşı mübarizə Finlandiyanın iyul ayında Rumıniyadan təhvil alacağı Avropa İttifaqına sədrliyinin prioritetlərindən biri olacaq”.

Bunu Finlandiyanın xarici işlər naziri Timo Soyni bildirib.

“Aİ-yə sədrlik iyul ayında Finlandiyaya keçəcək. Yeni hökumətin andiçməsi olan kimi proqramımız başa çatdırılacaq. Diqqət təhsilə, qanunun aliliyinə, KİV-ə və hibrid təhdidlərə yönəldiləcək. “Şərq Tərəfdaşlığı” proqramına gəlincə, sədrliyimiz dövründə çağırışlara dözümlülük əsas məsələ olacaq”, – T.Soyni Brüsseldə keçirilən “Şərq Tərəfdaşlığı” konfransında deyib.

Nazir həmçinin noyabrda Brüsseldə təhsil üzrə nazirlərin müşavirəsinin, dekabrda isə Helsinkidə KİV və dezinformasiyaya qarşı mübarizə üzrə görüşün keçirilməsinin planlaşdırıldığını elan edib.

Aİ-də sədrlik son illərdə “üçlük” prinsipi əsasında təşkil edilir: üç ölkənin hər biri altı ay ərzində ümumi çərçivə proqramı üzərində çalışır.

Bu tsikldə Aİ-yə Rumıniya, Finlandiya və Xorvatiya sədrlik edəcək.

İstinadlar Report