Filippinli boksçu və senator Emmanuel Dapidran Pakyao 2022-ci il seçkilərində prezidentliyə namizəd olacaq.

Bu barədə “CNN Philippines” məlumat yayıb.

Onun namizədliyi Filippin Demokratik Xalq Hakimiyyəti Partiyasından irəli sürülüb. Bundan əvvəl partiya senator Kristofer Bonqu Qonun namizədliyini irəli sürsə də, o, bundan imtina edib.