Filippinin cənubundakı Kotabato şəhərindəki Ticarət mərkəzi yaxınlığında baş vermiş partlayış nəticəsində 2 nəfər ölüb, 23 nəfər yaralanıb.

“Mindanao Examiner” nəşrinin yaydığı məlumata görə, “South Seas Mall” ticarət mərkəzi yaxınlığında dayanmış mototaksi partlayıb. Hadisə zamanı binada Yeni İl bazarlığı edən yüzlərlə insan olub. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Hüquq mühafizə orqanlarının əməkdaşları hadisənin səbələrini araşdırır. Hələ ki, heç bir terrorçu qruplaşma partlayışa görə məsuliyyəti üzərinə götürməyib.

İstinadlar Report