
Filippində “Qaemi” qasırğasının yaratdığı daşqınlar nəticəsində 20-dən çox adam ölüb, ən azı 15 nəfər yaralanıb.
Bu barədə “ABS-CBN News” məlumat yayıb.
5 nəfər itkin düşüb. Paytaxt bölgəsində, eləcə də ölkənin şimalındakı dörd əyalətdə fövqəladə vəziyyət elan edilib.