Filippində 2,08 milyondan çox insan “Meqi” tropik qasırğasının təsirinə məruz qalıb, ölənlərin sayı 224 nəfərə yüksəlib.

Bu barədə Respublikanın Risklərin Qarşısının Alınması və Təbii Fəlakətlərin Bərbəri üzrə Milli Şurasının dərc olunmuş hesabatında deyilir.

Bildirilib ki, yerdəyişməyə məruz qalan 175 mindən çox insan 447 təxliyə mərkəzindədir. Siklon 9 rayona yayılıb, 33,4 min nəfər əvvəlcədən təxliyə edilib, 147 nəfər itkin düşüb.

“Meqi” 10,5 min evə ziyan vurub, 760 ev tamamilə məhv olub. ilkin zərərin məbləği 709,5 min peso (13,5 min ABŞ dolları) təşkil edib. Kənd təsərrüfatına dəymiş zərərin məbləği 257 milyon peso (4,9 milyon dollar), 45 infrastruktur obyektinə 6,95 milyon peso (133,2 min dollar) ilə qiymətləndirilir.

Hökumət 63,8 milyon peso (1,21 milyon dollar) yardım ayırıb.

İstinadlar Report