Filippində silahlılar 19 dinc sakini qətlə yetirib.

Xəbərdə bildirilir ki, hadisə ölkənin cənubunda baş verib. Filippin hökumətinin yaydığı məlumata görə, dinc sakinlərin terrorçular tərəfindən öldürülməsi Maravi şəhərində baş verib. Öldürülənlər arasında 3 qadın və uşaq da var. Qətlə yetirilənlərin cəsədləri hərbçilər tərəfindən şəhərin universitetinin yaxınlığında tapılıb.

Bununla da hökumət qüvvələri ilə terrorçular arasında baş vermiş toqquşmalarda həlak olanların ümumi sayı 85 nəfərə çatıb. Hazırda şəhərdə silahlı qüvvələrlə İŞİD terror qruplaşmasını dəstəkləyən islamçılar arasında qarşıdurma davam edir.

İstinadlar Report