
Filippində Mindanao adasının qərb hissəsində 5,5 maqnitudalı yeraltı təkan qeydə alınıb.
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələnin episentri təxminən 5 min əhalisi olan Siokondan 7 km şimal-şərqdə, ocağı isə 10 km dərinlikdə olub.
ABŞ Geoloji Xidmətinin qiymətləndirmələrinə görə, zəlzələnin maqnitudası 5,4 olub. Seysmik hadisənin episentri isə adanın sahilləri yaxınlığında Sulu dənizinin akvatoriyasında yerləşib.