Filippin sahillərində 5,8 maqnitudada zəlzələ qeydə alınıb.

Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Onun sözlərinə görə, yeraltı təkanların episentri təxminən 29 min nəfər əhalisi olan Tandaq şəhərindən 74 km şərqdə, ocağı isə 35 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

İstinadlar Report