
Azərbaycanın bölgədə böyük gücə çevrilməsini Filippin olaraq alqışlayır və dəstəkləyirik.
Bunu “Report”un Ankara bürosuna açıqlamasında Filippinin Azərbaycandakı qeyri-rezident səfiri (iqamətgahı Ankarada yerləşir) Henri Bensurto bildirib.
Filippinin Türkiyə və Azərbaycan üzrə yeni təyin olunan səfiri deyib ki, ölkəsinin Azərbaycanla siyasi və iqtisadi münasibətləri hər zaman yüksək səviyyədə olub və o, vəzifəsini icra etdiyi müddətdə bu əlaqələrin çoxşaxəli inkişafına çalışacaq: “Mən Bakıda hələ ki bir dəfə olmuşam. Çox gözəl şəhərdir. Amma, əlbəttə, əlaqələrimizin genişlənməsinə, daha çox sahələrdə inkişafına cəhd göstərəcəm”.