Filippin hökuməti Rusiyaya qarşı tətbiq olunmuş sanksiyalara görə bu ölkənin helikopterlərini almaqdan imtina edib.

Bu barədə Filippinin müdafiə naziri Delfin Lorenzana məlumat verib.

Onun sözlərinə görə, Filippin bunun əvəzinə ABŞ helikopterləri alacaq: “Rusiya istehsalı olan “Mi-171” tipli helikopterlərinin əvəzinə, 240 milyon dollar məbləğində 16 ədəd “Black Hawk” helikopterinin tədarükü üçün müqavilə gələn il imzalanacaq”.

İstinadlar Report