
“Konstitusiya hakimlərinin vəzifədə olma müddəti 70 yaşdır. Fikrət bəyin bunun üçün hələ 1 il 4 ayı var, problem yoxdur”.
Bu fikirləri deputat Qüdrət Həsənquliyev Milli Məclisin iclasında bildirib.
“Lakin hazırda yaş həddini aşan kifayət qədər hakim var. Düşünürəm ki, gənc yaşda yetəri qədər, perspektivli hakim və kadr var var. Gənclərə yol açılmalıdır. Ya Konstitusiyaya dəyişiklik etməliyik, ya da qanunlara riayət olunmalıdır”.
Xatırladaq ki, bir neçə gün əvvəl ədliyyə naziri postunu itirən F.Məmmədovun Konstitusiya Məhkəməsinin hakimi təyin edilməsi məsələsi bu gün təsdiqlənib.
Zaur Mirzə