Türkiyənin xarici işlər naziri Hakan Fidan Ukrayna Prezident Ofisinin rəhbəri Andriy Yermak və müdafiə naziri Rustem Umerovla görüşüb.

Bu barədə Türkiyə XİN-in mətbuat xidməti bildirib.

“Nazirimiz Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ukrayna Prezident Ofisinin rəhbəri Andriy Yermak və müdafiə naziri Rustem Umerovla görüşüb”, – xarici siyasət idarəsinin sosial şəbəkə hesabında bildirilib.

Görüşün təfərrüatları barədə məlumat verilməyib.

İstinadlar Report