Türkiyə, İran və İraqdan gələn terrorçular Suriyanın şimalında İŞİD-ə qarşı mübarizə adı altında gizlənirlər.
Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Almaniyada Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Dəməşq üçün yeni şəfəq: Suriyada keçid prosesinin perspektivləri” mövzulu paneldə çıxışı zamanı deyib.
O, Suriyanın gələcəyi ilə optimist olmaq lazım olduğunu vurğulayıb: “On illərdir ölkədə davam edən sabitsizlik, nəhayət aradan qalxdı. Region ölkələri Suriya ilə bağlı həmfikirdirlər. Biz qonşu ölkələrə qarşı təhdid görmək istəmirik. Terrorçuluğun inkişafını istəmirik. Suriyanın ərazi bütövlüyü və suverenliyinin qorunmasını istəyirik”.