Nəsimi rayonunda, Nizami küçəsində anbarda baş verən yanğına yaxın ərazidə yerləşən çoxmənziılli yaşayış binasında olan insanlar təxliyə edilib.
Bunu jurnalistilərə açıqlamasında Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini Taleh Babayev deyib.
Onun sözlərinə görə, yanğında xəsarət alan yoxdur:
“Hazırda yanğın məhdudlaşdırılıb. Söndürülməsi istiqamətində isə işlər gedir. Ümumi sahəsi 2400 kv metr olan obyektin açıq alovla yanan hissəsi 60 kv metr olub. Yanğında xəsarət alan yoxdur. Anbardakı malların böyük hissəsi yanğında məhv olsa da, bir hissəsi də yanğından mühafizə olunub”.