“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan FHN-ə məxsus amfibiya tipli təyyarənin heyət üzvlərinə təşəkkürünü bildirib”.

Bu fikirləri “Report”un Türkiyə bürosuna açıqlamasında Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) İctimaiyyətlə əlaqə idarəsinin baş məsləhətçisi Turqay Abbaslı bildirib.

“Məlum olduğu kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq tapşırığına uyğun olaraq Fövqəladə Hallar Nazirliyinə məxsus “BE-200ÇS” amfibiya tipli təyyarəsi Türkiyədəki meşə yanğınlarının söndərilməsi və yanğın ocaqlarının genişlənməsinin qarşısını almaq məqsədi ilə qardaş ölkəyə ezam olunub. Artıq iki gündür ki, amfibiya təyyarəsi yanğınsöndürmə əməliyyatlarında iştirak edir. Dünən səhər erkən saatlardan etibarən türkiyəli həmkarlarımızla yanğınsöndürmə əməliyyatlarında bərabər iştirak etmişik. Qeyd edim ki, amfibiya tipli təyyarəmiz dünən gün ərzində iki dəfə yanğınsöndürmə əməliyyatlarına qoşulub, hər birində isə müxtəlif saylarda müxtəlif nöqtələrə su boşaldıb”, – FHN rəsmisi qeyd edib.

İstinadlar Report