Bakının Nərimanov rayonunda yataqxanadakı yanğının başvermə səbəbi araşdırılır.
Bu sözləri “Report”a açıqlamasında Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin İctimaiyyətlə əlaqə sektorunun rəisi Əlibala Əlizadə deyib.
O bildirib ki, FHN-in “112” qaynar telefon xəttinə Bakının Nərimanov rayonun Əhməd Rəcəbli küçəsində yerləşən 5 mərtəbəli yataqxana tipli binada yanğın baş verməsi barədə məlumat daxil olub:
“Əraziyə Fövqəladə Hallar Nazirliyinin qüvvələri cəlb olunub. Yanğın genişlənməsinə imkan verilmədən söndürülüb. Yanğın nəticəsində hər mərtəbəsi 860 kvadratmetr olan binanın 5-ci mərtəbəsində bir otaq və ümumilikdə 6 ədəd 36 kvadratmetr eyvan yanıb. Yanğın zamanı xəsarət faktı qeydə alınmayıb. Yanğın tam olaraq söndürülüb. Hadisənin baş vermə səbəbləri araşdırılır.”