FHN: “Müharibədən və erməni terrorundan fiziki-mənəvi zərər görmüş vətəndaşlara psixoloji yardım davam etdirilir” – VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) tərəfindən müharibədən və erməni terrorundan fiziki-mənəvi zərər görmüş vətəndaşlara psixoloji yardım davam etdirilir.
Bu barədə FHN-in Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Vətən müharibəsi ilə bağlı psixoloji problemlər yaşayan müharibə iştirakçılarının, o cümlədən qazilərin, doğmalarını itirmiş şəhid ailəsi üzvlərinin, erməni terrorundan fiziki və mənəvi zərər görmüş insanların psixoloji reabilitasiyasının daha səmərəli təşkili məqsədilə Fövqəladə Hallar Nazirliyinin dəvəti ilə yenidən Türkiyədən ölkəmizə gəlmiş 20 nəfərdən artıq peşəkar psixoloq FHN-in mütəxəssisləri ilə birgə fəaliyyətlərini davam etdirirlər.
Belə ki, ötən müddət ərzində 1743 vətəndaşa, o cümlədən 271 uşağa 4773 seans psixoloji yardım göstərilib.
Xatırladaq ki, hazırda Bakı və Naxçıvan şəhərlərində ödənişsiz həyata keçirilən psixoloji yardım üçün vətəndaşlar Nazirliyin “112” qaynar telefon xətti vasitəsilə qeydiyyata yazıla bilərlər.
Arif Babayevin Habil Əliyevlə maraqlı xatirəsi… – Video

“Habillə mənim çox zarafatlarım olub”.
Bu sözləri İctimai TV-nin verilişində mərhum tarzən Habil Əliyevlə bağlı xatirələrini bölüşərkən xanəndə Arif Babayev deyib.
O, İtaliyaya qastrol səfəri zamanı aralarındakı maraqlı hadisədən danışıb.
Sözügedən videonu təqdim edirik:
Seldən qaçan el… – Video + Fotolar

Türkiyədə yağan şiddətli yağış Samsunda həyatı iflic edib.
Nəticədə Terme çayı daşaraq evləri su basıb.
Təbiət hadisəsi 1 nəfərin həyatına son qoyub.
Rayonun Terme qəsəbəsində tövlə və evlər dağılıb, əkinçilik sahələri və otlaqlara külli miqdarda ziyan dəyib. Sakinlər qəsəbədən təxliyə olunublar.
Sinan Ogan 5 il sonra da… – Video

“2028-ci ildə keçirilən prezident seçkilərində də namizəd olacağam”.
Bunu Türkiyədə “ATA İttifaqı”ndan prezidentliyə keçmiş namizəd Sinan Oğan qatıldığı verilişlərin birində deyib.
O bildirib ki, siyasi mübarizəsi sona kimi davam edəcək.
Qeyd edək ki, Türkiyədə prezident seçkilərinin ilk turunda “ATA ittifaqı”nın namizədi Sinan Oğan 5,17 faiz səs toplamışdı.
87 yaşlı qadın düşdüyü quyudan sağ çıxarıldı – Video

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Lənkəran rayonunun Tütəpeştə kəndində 1 nəfərin su quyusuna düşərək təhlükəli vəziyyətdə qalması barədə məlumat daxil olub.
FHN-dən verilən məlumata görə, xilasedicilər dərhal çağırış ünvanına cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 1936-ci il təvəllüdlü vətəndaş A.Cahangirova dərinliyi təqribən 6-7 metr olan su quyusuna düşərək təhlükəli vəziyyətdə qalıb.
Xilasedicilər operativ olaraq xüsusi xilasetmə vasitələri ilə vətəndaşı quyudan çıxararaq xilas ediblər.
Türkiyənin MİT rəhbərinin iyulun 6-dakı konsertinin biletləri satılıb, amma…

Türkiyə kəşfiyyatının yeni rəhbəri İbrahim Kalının iştirakı ilə iyulun 6-da İstanbulda keçirilməsi planlaşdırılan konsert ləğv edilib. Bununla belə, oktyabrda keçiriləcək konsertin biletləri hələ də satışdadır.
İyulun 6-da Kalın eyni komandanın tərkibində İstanbulda açıq hava məkanında çıxış etməli idi. Lakin çərşənbə axşamına olan məlumata görə, tədbir haqqında informasiya yalnız təşkilatçının və bilet operatorlarının saytında qalıb. Onu almaq mümkün olmayıb.
Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rəsmi nümayəndəsi İbrahim Kalını ölkənin Milli Kəşfiyyat Təşkilatının rəhbəri təyin edib. O, 2014-cü ildən Türkiyə Respublikası Prezidentinin rəsmi nümayəndəsi kimi çalışırdı.
Minadan təmizlənən ərazilərimizlə bağlı açıqlama – Video

Azad edilmiş ərazilərdə Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən tapşırıqların icrası davam etdirilir.
Müdafiə Nazirliyindən verilən məlumata görə, cari ilin iyun ayı ərzində azad olunmuş ərazilərimizdə mühəndis-istehkam bölmələrinin fəaliyyəti nəticəsində 200 hektaradək ərazi minalardan tam təmizlənib.
İşğaldan azad edilmiş ərazilərdə bu günədək mühəndis-istehkam bölmələri tərəfindən 30890 hektardan artıq ərazi mina və partlamamış döyüş sursatlarından təmizlənib.
Bundan başqa, Mühəndis Qoşunlarının digər dövlət qurumları ilə qarşılıqlı fəaliyyəti nəticəsində mürəkkəb relyefli, o cümlədən çətin keçilən qayalıq ərazilərdə avtomobil və döyüş texnikası kolonlarının təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə cari il ərzində 9 km-dək yeni təminat yolları çəkilib, 38 km-dək mövcud təminat yolları təkmilləşdirilərək bərpa edilib.
Mina təmizlənmə işlərində əsas səylər azad edilmiş ərazilərdə yaşayış məntəqələri, əkin sahələri, yollar və infrastruktur obyektlərinə yönəldilib.
Bakıda sakinlərin ciddi narazılığına səbəb olan şəxs həbs edilib – VİDEO

Bakının Nərimanov rayonunda gecə saatlarında güclü səs effekti yaradan pirotexniki vasitələrdən istifadə edən və ətrafda yaşayan sakinlərin ciddi narazılığına səbəb olan şəxs həbs edilib.
Bu barədə DİN-in Mətbuat xidmətindən məlumat verilib.
Belə ki, ötən gecə naməlum şəxs gecə saat 03 radələrində Nərimanov rayonunda binalardan birinin həyətində güclü səs effekti yaradan pirotexniki vasitələrdən istifadə edərək ətrafda yaşayan sakinlərin haqlı narazılığına və çoxsaylı şikayətlərinə səbəb olub. Həmin şəxsin etdiyi əməl inzibati ərazidə quraşdırılan videomüşahidə kameraları vasitəsi ilə də qeydə alınıb. Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində gecə saatlarında pirotexniki vasitələrdən istifadə edən paytaxt sakini Həsən Hüseynli saxlanılıb.
Onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və toplanmış material baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarına əsasən o, 5 gün müddətinə inzibati qaydada həbs edilib.
Amerikadan gətirilən avtomobillər bahalaşacaq – Video

Amerikadan gətirilən avtomobillərin qiyməti bahalaşa bilər.
Növbəti aydan Türkiyə Bosfor və Dardanel boğazlarından gəmilərin keçməsinə görə rüsumları 8.3% artırır.
Ekspertlər hesab edir ki, bu hal ölkəmizə Amerikadan idxal olunan avtomobillərin qiymətinə təsir edə bilər.
İqtisadçı ekspert Eldəniz Əmirov bildirib ki, sözügedən avtomobillərin daşınma xərcləri 200 dollara yaxın arta bilər.
Xaricdən gətirilən avtomobillər üzrə ekspert Hüseyn Məmmədli isə deyir ki, ötən ilin sonunda da Türkiyənin həmin boğazlarda sözügedən rüsumu artırılması hiss olunan dərəcədə qiymət fərqinə səbəb olmuşdu.
Hüseyn Məmmədli bildirib ki, gəmiyə tətbiq olunan rüsum artımı çox az olduğundan onu avtomobil başına hesablayanda çox az fərq edir. Bu isə hazırki bazarda mütşərilərin qiymətdən narazılığına səbəb olmur.
Daha ətraflı videomaterialda:
Ərdoğana sevgisini belə ifadə etdi – Video

Türkiyədə yenidən Prezident seçilən Rəcəb Tayyib Ərdoğana dəstək və sevgi mesajları gəlməyə davam edir.
Onur Uyğun adlı dalğıc üzərində Ərdoğanın təsvirinin və “Yine Reis Yeniden Reis” sloqanının əks olunduğu pankartla üzüb.
Hadisənin görüntüləri sosial mediada maraqla qarşılanıb.
Azərbaycan Ordusunda artilleriya rəisləri ilə təlim-metodiki toplanış keçirilib – VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü ilin hazırlıq planına əsasən, Quru Qoşunlarının birlik və birləşmələrin artilleriya rəisləri ilə təlim-metodiki toplanış keçirilib.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Əvvəlcə zabitlərin müasir ümumqoşun döyüşünün aparılması üzrə nəzəri bilikləri yoxlanılıb.
Toplanışda döyüş vəziyyətinə uyğun şəraitdə idarəetmə məntəqələrinin açılması, zəruri hesabatların aparılması, optik cihazlar vasitəsilə hədəf koordinatlarının aşkar edilməsi, bölmələr arasında qarşılıqlı əlaqənin saxlanılması, eləcə də atəşin idarəedilməsi üzrə digər mövzularda məşğələlər keçirilib.
Gecə və gündüz şəraitində keçirilən nəzəri məşğələlərin sonunda təyin olunan şərti düşmən hədəflərinə atəş tapşırıqları bölmələr tərəfindən yüksək peşəkarlıqla yerinə yetirilib.
Qeyd edək ki, keçirilən təlim-metodiki toplanışın əsas məqsədi artilleriya zabitlərinin atəşi idarəetmə vərdişlərinin təkmilləşdirilməsi, eləcə də bilik və bacarıqlarının daha da artırılmasıdır.
Bakıda hərbi sursat aşkarlanıb – VİDEO

Bakıda hərbi sursat aşkarlanıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə paytaxtın Sabunçu rayonu ərazisində hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.
Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın döyüş tətbiqinə yararlı bir ədəd F-1 əl qumbarası, 136 ədəd 5.45mm-lik patron olduğu müəyyən edilib.
Sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.
Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.
Erməni diversantların etirafları… – Video

Azərbaycan ərazisində saxlanılan və hazırda məhkum olunan diversantlar bir çox etiraf ediblər.
Erməni diversantlar bu barədə İctimai TV-nin hazırladığı reportajda danışıblar.
Onlar Azərbaycan torpaqlarında törətdikləri əməlləri etiraf etməklə, peşman olduqlarını bildiriblər.
Sözügedən süjeti təqdim edirik:
Ərdoğan Nazirlər Kabinetinin tərkibini açıqlayır – Canlı – VİDEO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yeni Nazirlər Kabinetinin tərkibini açıqlayır.
“Qafqazinfo” Prezidentin çıxışını təqdim edir:
“İşgəncələr məbədi – Şuşa həbsxanası” nümayiş olundu – Video

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Obyektiv” Milli Dəyərlərin Təbliğinə Dəstək İctimai Birliyi “İşgəncələr məbədi – Şuşa həbsxanası” adlı sənədli film hazırlayıb.
“Qafqazinfo” xəbər verir ki, sənədli filmin müəllifi tanınmış telejurnalist Mübariz Əsgərovdur.
Filmin çəkilişləri işğal dövründə Şuşa şəhərində azərbaycanlı əsir və girovların saxlandığı, amansız işgəncələrə məruz qaldığı, həndəvərində kütləvi məzarlıq aşkar olunan Şuşa həbsxanasında aparılıb, filmdə əsir və girovluqdan azad edilənlər başlarına gətirilənlər, şahidi olduqları hadisələrlə əlaqədar dəhşətli faktlar açıqlayıb.
Ermənistan uzun illər zənn edirdi ki, işğal etdiyi Şuşa həmişəlik onundur və buradakı cinayətlərinin üstü heç vaxt açılmayacaq. “İşgəncələr məbədi-Şuşa həbsxanası” sənədli filmində Ermənistanın beynəlxalq konvensiyalara, humanitar hüquqa, əsir və girovlarla rəftar qaydalarına zidd olaraq, insanlıq əleyhinə törətdiyi müharibə cinayətləri faktlarla ifşa edilir.
“Obyektiv” Milli Dəyərlərin Təbliğinə Dəstək İctimai Birliyi ərsəyə gətirdiyi bu filmlə xarici ölkələrdəki vətəndaş cəmiyyəti təsisatlarını, insan hüquq və azadlıqlarını müdafiə edən beynəlxalq təşkilatları aşkara çıxan faktlara diqqət yetirməyə, onlar barəsində məsələlər qaldırmağa çağırış edir.
Sənədli filmdə müəllif əminliyini bildirir ki, Ermənistan törətdiyi müharibə cinayətlərinə görə məsuliyyətdən qaça bilməyəcək.
Filmdə mövzu ilə əlaqədar zəruri informasiya dəstəyinə, müvafiq köməkliyə və sənədlərlə tanışlıq üçün hərtərəfli şərait yaradılmasına görə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına xüsusi təşəkkür edilir.
37 dəqiqəlik sənədli filmin ingilis və rus dillərinə də tərcüməsi nəzərdə tutulur.
Sğzügedən sənədli filmi təqdim edirik:
Ərdoğan İlham Əliyevlə görüşdü, salon alqışladı – Video

Bakı vaxtı ilə saat 19:00-da Ankarada “Külliye” Prezident Sarayında Rəcəb Tayyib Ərdoğanın səlahiyyətlərinin icrasına başlama mərasimi keçiriləcək.
Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva da iştirak edəcək.
“Külliye”də Türkiyə Prezidenti İlham Əliyevlə görüşüb. Bu zaman salonu alqış sədaları bürüyüb.
Rüşvət alarkən tutulan gömrük polkovniki azadlığa buraxıldı – VİDEO

Dövlət Gömrük Komitəsinin Enerji resursları və Dəniz nəqliyyatında Baş Gömrük İdarəsinin Tranzit şöbəsinin sabiq rəisi polkovnik Ceyhun Babayev azadlığa buraxılıb.
Xəbərə görə, Ceyhun Babayevin çəkilməmiş həbs müddəti şərti cəza ilə əvəz edilib.
Yerli məhkəmə qərar qəbul edərkən məhkum təyin olunmuş cəzanın 2/3 hissəsinin çəkilməsini və cəzaçəkmə müəsisəsinin rəyini əsas götürüb.
Qeyd edək ki, Ceyhun Babayev daşıma fəaliyyəti ilə məşğul olan şitkətlərə məxsus malların tranzit gömrük rəsmləşdirilməsinin tezləşdirilməsi müqabilində rüşvət kimi tələb etdiyi hər avtomaşına görə 50 ABŞ (85 manat) dollar olmaqla, ümumilikdə isə 15 avtomaşına görə 750 ABŞ dolları (1275 manat) alarkən cinayət başında yaxalanıb.
Ona qarşı Cinayət Məcəlləsinin 311.2-ci (Vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə rüşvətalma) maddəsi ilə ittiham verilib
C. Babayev Bakı Ağır Cinayətlər Məhkəməsinin 2021-c il 26 fevral tarixli hökmü ilə 4 il müddətinə azadlıqdan məhrum edilib.
Həmçinin baxın
Azərbaycan Ordusunda artilleriya rəisləri ilə təlim-metodiki toplanış keçirilib – VİDEO
Taksi görüntüsü yaradaraq narkotik satan “Prius” sürücüsü saxlanılıb – VİDEO
Güney Azərbaycanda 6 min illik qala məhv olmaq təhlükəsi ilə üzləşib – VİDEO
Azərbaycan milli adları ilə Fransada ətirli şamlar istehsal olundu – Video
Şimşək çaxıb, dolu yağıb, Dəstəfurçay-Qaraqollar çayından sel keçir – Faktiki hava+Video
Bizi Facebook-da izləyirsiniz?
Bağla