Fövqəladə Hallar Nazirliyi (FHN) metronun “Elmlər Akademiyası” stansiyasında təlim keçirəcək.

Bu barədə FHN-in Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN ilə “Bakı Metropoliteni” QSC mayın 26-sı gecə saat 01:00 radələrində metronun “Elmlər Akademiyası” stansiyasında “Bakı metropolitenində baş verə biləcək fövqəladə hadisələr zamanı fəaliyyətin təşkili” mövzusunda birgə taktiki təlim keçirəcək.

İstinadlar Report