“Fövqəladə hallar könüllüləri” proqramının növbəti müsahibə mərhələsindən uğurla keçən könüllülərin artıq peşəkar təlimçilər tərəfindən müxtəlif sahələr üzrə hazırlıq prosesinə start verilib.

Hazırlıq prosesində könüllülər nazirliyin fəaliyyəti ilə tanış olur, fövqəladə hallar zamanı zəruri davranış qaydalarına dair təlimlərdə iştirak edirlər.

Hazırlıq prosesi çərçivəsində könüllülərin FHN-in Akademiyasına və İdman-sağlamlıq klubuna səfəri təşkil olunub.

Səfər zamanı könüllülərə ali təhsil ocağının yaranma tarixi və fəaliyyəti barədə ətraflı məlumat verilib. Könüllülər, həmçinin Akademiyanın müasir avadanlıqlarla təchiz edilmiş fənn kabinetləri, kitabxana, konfrans zalı və ali təhsil ocağının fəaliyyətini əks etdirən muzeylə tanış olub, təlim meydançasına baş çəkiblər.

Eyni zamanda, onlar İdman-sağlamlıq klubunun fəaliyyəti ilə, burada yaradılmış şəraitlə yaxından tanış olublar.

Sonda proqrama cəlb olunan könüllülərlə FHN arasında müqavilələr bağlanıb.



İstinadlar Qafqazinfo