Türkiyədə baş vermiş zəlzələ ilə bağlı Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) Mobil səhra hospitalı qardaş ölkənin Kahramanmaraş şəhərində quraşdırılmağa başlanılıb.
Hazırda konteynerlər TIR-lar vasitəsilə şəhərin Hanife Çiçek stadionunun ərazisinə gətirilib və burada quraşdırılır.
Hospitalda FHN-in 41 nəfər tibb heyəti fəaliyyət göstərəcək.