Fövqəladə Hallar Nazirliyinin (FHN) regional mərkəzlərinin əməkdaşları zəlzələdən sonra ərazilərə baxış keçirib, dağıntılara rast gəlinməyib.

Bu barədə FHN yanında Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov Respublika Seysmoloji Xidmət Mərkəzində bugünkü zəlzələ ilə bağlı keçirilən brifinqdə deyib.

O bildirib ki, yerlərdə regional mərkəzlərə zəlzələ ilə əlaqəli dağıntı olmasına görə heç bir məlumat daxil olmayıb: “Aidiyyəti qurumlarımız öz işlərini adi rejimdə davam etdirirlər”.

İstinadlar Report