FHN Akademiyasına kursant qəbulu elan edilir – VİDEO

Fövqəladə Hallar Nazirliyinin Akademiyasına 2025/2026-cı tədris ili üçün təhsilin bakalavriat səviyyəsinə kursant qəbulu elan edilir.
Bu barədə FHN-dən məlumat verilib.
Bildirilib ki, akademiyada “Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi” və “Yanğın təhlükəsizliyi mühəndisliyi” ixtisasları üzrə kadr hazırlığı həyata keçirilir.
Təhsil müddəti 4 ildir. Təhsil dövlət sifarişi əsasında əyani şöbədə həyata keçirilir. Tədris Azərbaycan dilində aparılır.
Akademiyada müasir avadanlıqlarla təchiz edilmiş təlim qurğuları, ixtisaslaşdırılmış auditoriyalar, laboratoriyalar, xüsusi fənn kabinələri kursantların istifadəsindədir.
Akademiyaya qəbul olan şəxslər təhsil müddətində yemək, xüsusi geyim forması və yataqxana ilə təmin olunur, təqaüd alırlar.
Akademiyanın məzunları seçdikləri ixtisasa uyğun “bakalavr” ali peşə-ixtisas dərəcəsi, hərbi və ya xüsusi rütbələr verilməklə Fövqəladə Hallar Nazirliyinin qurumlarında müvafiq vəzifələrə təyin edilirlər.
Akademiyaya qəbula namizədlər boyu 170 sm-dən az olmayan, tam orta təhsilli və ya tam orta məktəbin buraxılış sinfində oxuyan, 17 yaşı 15 sentyabr 2025-ci ilədək tamam olan, yaxud müddətli həqiqi hərbi xidmətini başa vuraraq ehtiyata buraxılmış və 23 yaşı 15 sentyabr 2025-ci ilədək tamam olmayan Azərbaycan Respublikasının vətəndaşları sırasından seçilir.
Qəbul imtahanı test üsulu ilə birinci mərhələdə buraxılış imtahanları fənləri üzrə, ikinci mərhələdə isə I ixtisas qrupunun fənləri üzrə Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilir.
Sənədlər mart ayının 3-dən aprel ayının 15-dək (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək Fövqəladə Hallar Nazirliyinin Akademiyasında (ünvan: Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi-8) qəbul edilir.
Eyni zamanda Fövqəladə Hallar Nazirliyinin Akademiyasında “Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi” və “Yanğın təhlükəsizliyi mühəndisliyi” ixtisasları üzrə əlavə təhsilin “Təkrar ali təhsili” növü üzrə sənəd qəbulu həyata keçiriləcək. Müraciətlər portal.edu-az elektron platforması üzərindən qəbul ediləcək.
Aprelin ortasında Laçın… – Video

Məlum olduğu kimi, son günlər temperaturun enməsi nəticəsində Laçına və ətraf kəndlərə güclü qar yağıb.
Sosial şəbəkələrdə Laçının Minkənd rayonunun ağ örpəkli görüntüləri yayılıb.
Həmin görüntüləri təqdim edirik:
Zəngəzur dəhlizinin Azərbaycan hissəsi tamamlanır – Video

Azərbaycan və Türkiyə prezidentləri tərəfindən təməli qoyulan Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur dəhlizi) tikintisi hazırda 93% səviyyəsində tamamlanıb.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Bildirilib ki, uzunluğu 123,6 km olan yol yüksək sürət və təhlükəsiz hərəkətə imkan yaradır.
Layihə çərçivəsində ümumilikdə 28 körpü tikilir, bunlardan 16-ı su ötürücü, 12-si isə yol ötürücüdür. 19 körpünün tikintisi artıq yekunlaşıb, 8 körpüdə tikinti işləri davam edir.
Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun bir hissəsi olmaqla, Azərbaycanın digər rayonlarını Naxçıvanla birləşdirmək baxımından çox böyük əhəmiyyətə malikdir.
Layihənin yaxın gələcəkdə tam olaraq istifadəyə verilməsi region üçün yeni imkanlar yaradacaq.
“Plastik əməliyyatdan qorxuram, 90 yaşımda fikirləşərəm” – VİDEO

“30 dəfə əməliyyat keçirmişəm (gülür). Aktrisa elədir ki, yaşlı obrazları oynamasa, kim oynayacaq?! Hər yaşın öz dövrü, tələbi var. Bir gün mənə dedilər ki, səni filmə çəkəcəyik, “Sarıköynək və Valehin nağılı”na. Dedim mən kimi oynayacağam? Dedilər Sarıköynəyi. Bildirdim ki, mənim 28 yaşım var, 18 yaşındakı qızı canlandırmayacağam. Söylədilər ki, bu, kinodur, dedim yox, oynamayacağam. Soruşdular, bəs kimi fikirləşirsən? Dedim bir qız var, onu gətirəcəm, baxarsınız. Mehriban Xanlarovanı gətirdim, təsdiq etdilər. Həmin film də tarixə düşdü. Həmişə düşünmüşəm ki, kino nə qədər aldadıcı olsa da, yaş nəzərə alınmalıdır. Teatrda aldatmaq olur, kinoda bu mümkün deyil”.
Bu sözləri Xalq artisti Həmidə Ömərova qonaq olduğu “Bir gün” verilişində deyib.
O, həmçinin plastik əməliyyatlardan da söz açıb: “Mən plastik əməliyyatların əleyhinə deyiləm. Amma bizim sənətimizdə plastik əməliyyatlar bizi təəccüblənməkdən, təbii hisslərdən, hissləri cizgilərimizlə göstərməkdən məhrum edir. Ona görə də bacardığımız qədər plastik əməliyyatlardan uzaq olmalıyıq. Bu o demək deyil ki, mən özümə fikir vermirəm. Hər səhər idmanla məşğul oluram.
Plastik əməliyyat keçirməmişəm. Allah qismət eləsə, 90 yaşımda fikirləşərəm. Mən plastik əməliyyatdan qorxuram. Çünki Allah nə yaradıbsa, odur, ona müdaxilə etmək düzgün deyil. Yaş kompleksim yoxdur. Hər zaman hər yerdə qışqırıram ki, 67 yaşım var”.
Nərimanovda səs-küy normalarına əməl etməyən obyektlər cərimələndi – Video

Nərimanov rayonunda yaşayan bir qrup sakin polisə müraciət edərək gecə saatlarında yaşayış ünvanlarının yaxınlığında yerləşən ictimai iaşə obyektlərində yaranan məişət səs-küyünün onları narahat etməsi ilə bağlı şikayətlərini bildiriblər.
“Qafqzinfo” xəbər verur ki, bununla bağlı Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tədbirlər həyata keçirib.
Belə ki, polis tərəfindən qeyd edilən ünvanlarda fəaliyyət göstərən kafe-restoran, əyləncə mərkəzləri və digər ictimai iaşə obyektlərində profilaktik tədbir keçirilib. Nəticədə bir neçə obyektin gecə saat 00:00-dan sonra məişət səs-küyü ilə bağlı mövcud olan qanunvericiliyin tələblərini pozduğu aşkar edilib. Həmin ictimai iaşə obyektlərində yüksəksəsli musiqi dayandırılıb və obyekt sahibləri ilə profilaktik söhbətlər aparılıb. Həmin şəxslər inzibati protokollar tərtib edilməklə cərimələniblər. Bu cür halların təkrarlanacağı təqdirdə barələrində daha sərt tədbirlərin görüləcəyi obyekt sahiblərinin diqqətinə çatdırılıb.
Məişət səs-küyü ilə bağlı qəbul edilən normalara əməl olunması üzrə nəzarət tədbirləri davam etdirilir.
Ötən həftə 48 nəfər xilas edilib – Video

Ötən həftə ərzində 260 yanğına çıxış, 33 halda köməksiz vəziyyətdə qalma və 3 intihara cəhd faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, nazirliyin aidiyyəti qurumları tərəfindən görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən həftə ərzində 21-i azyaşlı olmaqla 48 nəfər xilas edilib, 3 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.
“Cəmi 3-4 min pul yığılıb, maşın da hədiyyə edilməyib” – “Uçan taksi”nin sürücüsü – Video

Bakıda ötən həftə BYD avtomobili ilə qəza törədən sürücü Anar Nəcəfov xəstəxanadan video paylaşaraq kart hesabına yüksək məbləğdə pul toplanması ilə bağlı deyilənlərə aydınlıq gətirib.
Bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.
O bildirib ki, kartına 90 min manat pul yığılması və ona avtomobil hədiyyə edilməsi ilə bağlı deyilənlər yalandır: “Cəmi 3-4 min pul yığılıb. Maşın da hədiyyə edilməyib. Yalan söhbətdir. O kart pulları başqalarına gedə bilər, bizim karta gəlməyib”.
Qeyd edək ki, qəza bir neçə gün əvvəl Heydər Əliyev prospektində baş verib. “Bolt” taksi şirkətinə məxsus avtomobilin sürücüsü idatəetməni itirib, arakəsməni yararaq prospektdə hərəkətdə olan “Ford”a dəyib və yolun bu biri tərəfinə düşüb. Hadisə nəticəsində sürücü və sərnişini xəsarət alıb.
Qəzadan sonra sosial şəbəkələrdə sürücüyə kömək məqsədilə kart hesabı paylaşılaraq kampaniya başladılıb.
“Yəqin, yaxşı daşları da yığıb aparıblar” – Video

Bir il əvvəl aprelin 19-da Qazaxın işğaldakı 4 kəndinin qaytarılması rəsmən elan olundu.
TV azad olunmasının birinci ildönümü ərəfəsində həmin kəndlərdə olub.
Çəkilişdə bir neçə kənd sakini də iştirak edib. Onlar viran qalmış yurdlarına illər sonra ilk dəfə qədəm qoyublar.
Ətraflı videomaterialda:
Şəhid polkovnik-leytenant Murad Mirzəyevin xatirəsi anılıb – VİDEO

Milli Müdafiə Universitetinin (MMU) Cəmşid Naxçıvanski adına Hərbi Liseyində Azərbaycanın Milli Qəhrəmanı, Aprel döyüşlərinin şəhidi polkovnik-leytenant Mirzəyev Murad Telman oğlunun xatirəsinə həsr olunan anım tədbiri keçirilib.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Tədbirdə şəhidin ailə üzvləri, müəllimləri və döyüş yoldaşları iştirak ediblər.
Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, eləcə də Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Hərbi orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Çıxış edənlər M.Mirzəyevin şərəfli həyat və xidmət yolundan, onun vətənpərvərliyindən, göstərdiyi şücaət və qəhrəmanlıq nümunələrindən danışıblar.
MMU rektorunun elm üzrə müavini – Hərbi Elmi Tədqiqat İnstitutunun rektoru general-mayor Arif Həsənov çıxış edərək şəhid zabitin göstərdiyi rəşadətin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən yüksək qiymətləndirildiyini bildirib.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidentinə və Müdafiə Nazirliyinin rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.
Tədbirdə həmçinin “Murad Mirzəyev Salnaməsi” adlı kitabın təqdimatı keçirilib.
Sonda Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı heyəti tərəfindən vətənpərvərliyi tərənnüm edən musiqilər və bədii kompozisiyalar nümayiş olunub.
Türkiyə XİN rəhbəri “Baku TV”nin sualını cavablandırıb – VİDEO

Türkiyənin xarici işlər naziri Hakan Fidan ölkəsi ilə İsrail arasında aparılan danışıqlara vasitəçiliyə görə Azərbaycana təşəkkür edib.
Bu barədə o, IV Antalya Diplomatiya Forumunun bağlanış mərasimində təşkil olunan brifinqdə “Baku Tv”nin sualını cavablandırarkən deyib.
“Azərbaycan qardaş ölkədir. Ev sahibliyi üçün təşəkkür edirik. Bu görüş daha çox texniki məsələləri aydınlaşdırmaq məqsədi daşıyırdı. Lazım olduğu təqdirdə, bu görüş yenidən təşkil olunacaq”, – türkiyəli nazir bildirib.
Qeyd edək ki, aprelin 9-da Bakıda ölkəmizin vasitəçiliyi ilə Türkiyə və İsrail nümayəndələri arasında görüş baş tutub.
Ersin Tatar Azərbaycanla təhsil və turizm sahəsində əməkdaşlığı inkişaf etdirməyi təklif edib – VİDEO

Azərbaycan və Şimali Kipr Türk Respublikası arasında akademik və mədəni mübadilə ikitərəfli münasibətlərin daha da möhkəmlənməsinə əhəmiyyətli töhfə verə bilər.
Bu barədə Şimali Kiprin Prezidenti Ersin Tatar “Baku TV”yə müsahibəsində bildirib.
“Azərbaycan Şimali Kipr üçün qardaş dövlətdir. Həmişə dediyimiz kimi, Türkiyə, Azərbaycan və Şimali Kipr Türk Respublikası bir millət, üç dövlətdir. Buna görə də biz özümüzün də olduğumuz türk dövləti kimi Azərbaycana xüsusi yaxınlıq hiss edirik.
Prezident İlham Əliyevlə bu yaxınlarda görüşüm zamanı turizm və təhsil sahələrində əməkdaşlığımızı inkişaf etdirməyi təklif etdim. Xüsusilə universitetlərimiz arasında tələbə mübadiləsi proqramına başlamaq təşəbbüsünü irəli sürdüm. Kiprdə Azərbaycan haqqında daha çox məlumat əldə etmək istəyən çoxlu gənc var və hesab edirik ki, belə akademik və mədəni mübadilə bir-birini qarşılıqlı şəkildə töhfə verə bilərdi”, – o bildirib.
“2 gün idi taksi sürürdü” – Gəlini danışdı – Video

“Şayiə xəbərlərə inanılmasın, saxta kart hesabları açılıb, paylanılıb yardım yığılır. Bizdə iki dənə kartdır, birinin sonu 9662-dir, digərində isə 3704-dür. Biri yoldaşımın, biri isə mənim kartımdır”.
Bunu ötən gün Heydər Əliyev prospektində yüksək sürətlə qəza törədən Anar Nəcəfoun gəlini Münəvvər Nəcəfova bildirib.
Qayınatasının törətdiyi qəza barədə danışan M.Nəcəfova bunları əlavə edib:
“Ayağında sudurqa problem var idi. Həmişə deyirdi ki, ayağımda sudurqa tutur. Biz onunla danışanda dedi ki, sudurqası tutub. Şok keçirib, ayağı qazda ilişib qalıb. Özü də hələ qəzanın şokundadır. Özünün sənəti var idi, taksi işinə srağa gün başlamışdı”.
“ASAN” Prezidentin rəhbərliyi ilə ilhamverici təcrübəyə çevrilib” – BMT eksperti – Video

“ASAN” Azərbaycan Prezidentinin rəhbərliyi ilə ilhamverici təcrübəyə çevrilib”.
Bunu BMT-nin Dövlət İdarəçiliyi üzrə Ekspertlər Komitəsinin üzvü Najat Zarruk BMT-nin plenar sessiyasında Azərbaycanın “ASAN” modeli ilə bağlı fikirlərini bolüşərkən bildirib.
“Bu, ölkəniz üçün bir qürur məsələsidir, çünki hər şey ilk növbədə Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi altında həyata keçirilir. Məhz bu cür liderlərə bizim dünyamızın ehtiyacı var, xüsusən də bu qədər çətin və mürəkkəb bir dövrdə. Onun rəhbərliyi ilə “ASAN” xüsusi və ilhamverici bir təcrübəyə çevrilib. Bu təcrübə insan hüquqlarına, insan ləyaqətinə və rifahına əsaslanır. “ASAN” vətəndaşlara, əhaliyə, kənd icmalarına müxtəlif kanallar vasitəsilə çox səmimi mühitlərdə xidmət göstərir.
Mən bir neçə “ASAN xidmət” mərkəzini ziyarət etmişəm və texnologiyadan ağıllı şəkildə istifadə edildiyini görmüşəm. Mənim bəyəndiyim digər bir cəhət isə könüllülərin səfərbər edilməsidir”.

Sabirabadda yanacaqdoldurma məntəqəsinin fəaliyyəti dayandırılıb – VİDEO

Sabirabadda yanacaqdoldurma məntəqəsinin fəaliyyəti dayandırıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Buldirilib ki, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Sabirabad rayonu, Həşimxanlı kəndində yerləşən yanacaqdoldurma məntəqəsində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.
Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Sabirabad rayonu, Həşimxanlı kəndində yerləşən yanacaqdoldurma məntəqəsinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.
Xocalıda icarəyə verilən göl yararsız hala düşdü – Video

“Xocalıda sahibkara icarəyə verilən göl yarasız hala salınıb. Ətrafda olan yaşıllıq ərazi məhv olub, boz sahəyə çevrilib”.
Bu şikayətlə “Qafqazinfo”ya işğaldan azad edilmiş ərazidə məskunlaşan vətəndaşlar müraciət ediblər.
Onların sözlərinə görə, gölün icarədən əvvəl və sonra çəkilmiş videogörüntülərində həmin fərq aydın hiss olunur.
Problemlə bağlı Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinə müraciət etdik. Qurumdan sorğumuza belə cavab aldıq: “Sözügedən göldən sahibkar balıqçılıq təsərrüfatı məqsədilə istifadə edəcək. Yəni, həmin göldə balıq yetişdirəcək. Təsərrüfat üçün yararlı olub-olmadığını araşdırmaq üçün göldən nümunələr götürülüb. Alınan nəticəyə görə göldə zərərli mikroblar, lil var və bu da balıq yetişdirməyə mane olan məsələdir”.
Nümayəndəlikdən, həmçinin bildirilib ki, hazırda gölün suyunun təmizlənməsi prosesi gedir: “Bu səbəbdən də gölün suyunun təmizlənməsinə zərurət yaranıb. Hazırda gölün təmizlənməsi prosesi gedir. Yaxın vaxtlarda bu başa çatacaq”.
Gülnar Əliyeva
Bağ evlərindən 150 minlik oğurluq edən saxlanıldı – Video

Sabunçu rayonu Nardaran qəsəbəsində bağ evlərindən oğurluq edən şübhəli şəxs tutulub.
DİN-in mətbuat xidmətindən verilən məlumata görə, iki evdən 150 min manat dəyərində qızıl, kameranın yaddaş qurğusu, noutbuk və digər dəyərli əşyaların oğurlanması üzrə daxil olan məlumat əsasında Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin əməkdaşları şübhəli şəxsi müəyyən ediblər.
Cinayəti törədən şəxs – əvvəllər dəfələrlə məhkum olunmuş 45 yaşlı Seymur Talıbov saxlanılıb. O, ifadəsində qeyd edilən əməli törətdiyini və qızıl-zinət əşyalarını hissələrə ayıraraq satmağı planlaşdırdığını etiraf edib.
Polis əməkdaşları tərəfindən S.Talıbovun oğurladığı əşyaların bir hissəsi gizlədilən yerdən maddi sübut kimi aşkarlanaraq götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, S.Talıbovun digər analoji cinayətlərdə iştirakının olub-olmamasını müəyyən etmək istiqamətində araşdırmalar davam etdirilir.
Ermənistandakı Aİ müşahidəçiləri Qazaxı izlədi – Video

Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası Azərbaycanla sərhəddə müşahidələrini davam etdirir.
Onlar bu dəfə bir neçə maşında Qazaxla həmsərhəd ərazilərə gələrək, vizual müşahidələr aparıblar. Onlar binoklla ətrafı, o cümlədən Azərbaycan ərazilərini izləyiblər.
Müşahidəçilərin hərəkətləri Azərbaycan sərhədçilərinin tam nəzarəti altında olub.
Həmin andan görüntüləri təqdim edirik:
Həmçinin baxın
Nərimanovda səs-küy normalarına əməl etməyən obyektlər cərimələndi – Video
“Cəmi 3-4 min pul yığılıb, maşın da hədiyyə edilməyib” – “Uçan taksi”nin sürücüsü – Video
Ersin Tatar Azərbaycanla təhsil və turizm sahəsində əməkdaşlığı inkişaf etdirməyi təklif edib – VİDEO
“ASAN” Prezidentin rəhbərliyi ilə ilhamverici təcrübəyə çevrilib” – BMT eksperti – Video
“Azərişıq” Cəlilabad və Masallının bir sıra kəndlərində yeniləmə işləri aparır – Video
“İzlədiyim filmlər psixologiyamı pozmuşdu” – Tovuzda evdən qaçan məktəbli – VİDEO
Bizi Facebook-da izləyirsiniz?
Bağla