Feysbuk şirkəti gələn həftə öz adını dəyişdirməyi planlaşdırır.

Sosial şəbəkənin rəhbəri Mark Zükerberq bu məsələni hər il keçirilən “Facebook Connect” konfransında müzakirə etmək niyyətindədir. Sözügedən konfrans oktyabrın 28-i keçirilməli olsa da, şirkətin adının dəyişdirilməsi daha əvvəl elan oluna bilər.

Həmçinin qeyd olunur ki, Feysbukun yeni adının nə olacağı ciddi şəkildə gizli saxlanılır. Hətta rəhbərliyin yalnızca bir qismi yeni addan xəbərdardır.

İstinadlar Qafqazinfo