“İrəvan Paris və Vaşinqtonun timsalında alternativlər axtarır”.

Bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) rəhbəri Fərid Şəfiyev BMTM-də 27 sentyabr – Vətən müharibəsi şəhidlərinin anım gününə həsr olunan dəyirmi masada deyib.

O vurğulayıb ki, Rusiya ənənəvi olaraq həmişə Ermənistanı dəstəkləyib: “İndi buna imkanı qalmayıb. Bundan başqa, Ermənistan Türkiyədəki prezident seçkilərinin nəticəsini gözləyir. Amma Türkiyənin xarici siyasətində dəyişiklik olacağı ehtimalı yoxdur. Ermənistan həmçinin Rusiya-Ukrayna müharibəsinin hansı nəticə ilə bitəcəyini gözləyir”.