“Şuşada Türkdilli dövlətlərin araşdırmalar mərkəzlərinin növbədənkənar toplantısındayıq. Payızda isə Özbəkistanda Türkdilli ölkələrin beyin mərkəzlərinin toplantısının keçirilməsi gözlənilir”.

Bunu jurnalistlərə açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.

“Bu gün biz Türkdili ölkələrin üzləşdiyi problem və çağırışları, bu dövlətlərdə baş verən son hadisələri müzakirə edəcəyik”, – o əlavə edib.

İstinadlar Report