Ermənistan hökuməti milli ədavəti qızışdırmağa davam edir. Onların düşmənçilik fəaliyyəti nəinki müharibədən əvvəl və müharibə vaxtı, həm də sonrakı dövrə xasdır.

Bu fikirlər Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi idarə heyətinin sədri Fərid Şəfiyevin “Ermənistanda Azərbaycan fobiyası: ermənilərin müharibədən əvvəlki və sonrakı mülahizələrində ədavət” adlı məruzəsində yer alır.

“İyirmi ildən artıqdır Azərbaycan və dünya birliyi Ermənistan ilə Azərbaycan arasında sülhü bərqərar etməyə çalışarkən Ermənistan tərəfi barışıq istiqamətindəki bütün səyləri israrla geri çevirir. Bunun əvəzində Ermənistan hökuməti milli ədavəti qızışdırmağa davam edib (və edir) ki, nəticədə iki ölkə arasında yeni müharibə baş verdi. Araşdırmadan göründüyü kimi, bu düşmənçilik nəinki müharibədən əvvəl və müharibə vaxtı, həm də sonrakı dövrə xasdır” – deyə, məruzədə qeyd olunur.

Ermənilər tərəfindən Azərbaycanın Xocavənd şəhərində bədnam Qaregin Njdenin heykəlinin qoyulması, Azərbaycan və Türkiyə bayraqlarının yandırılması, ABŞ ermənilərinin Azərbaycan bayrağına geyindirdikləri manekeni rəmzi dar ağacına çəkmələri, Ermənistan cəmiyyətinin müxtəlif təbəqələrində qisasçılıq və yeni müharibə çağırışlarının açıq-aşkar səsləndirilməsi ermənilərin azərbaycanlılara qarşı ədavətinin daha da artmasına dəlalət edir.

İstinadlar Report