Ermənistan bizim üçün təhdid deyil.

Bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev “Qlobal Sistemlərdə yeni dövr, güc savaşları və Cənubi Qafqaz” mövzusunda keçirilən beynəlxalq paneldə deyib.

Onun sözlərinə görə, Qərbdəki bəzi qruplar münasibətlərin normallaşmasına əngəl olmağa çalışırlar: “Qərbdə bizi əsassız yerə ittiham edirlər. Ermənistanı silahlandırırlar və s. Ermənistanın qanunvericiliyində Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları var. Belə olan təqdirdə, ilk növbədə, Konstitusiya məsələsi həll olunmalıdır”.

İstinadlar Report