“Avropa İttifaqının Ermənistandakı missiyası sülh və təhlükəsizliklə deyil, Ermənistanın maraqları ilə bağlıdır”.

Bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev tviterdə yazıb.

O vurğulayıb ki, bu tendensiyaya görə Azərbaycan gələcəkdə Avropa İttifaqının missiyası ilə əməkdaşlıq etməyəcək.

Xatırladaq ki, Aİ-nin Ermənistandakı missiyasının rəhbəri Markus Ritter ötən gün absurd bəyanatla çıxış edib. O deyib ki, guya Azərbaycan yaz aylarında Ermənistana hücuma hazırlaşır. M.Ritter bu fikirləri söyləyən zaman Ermənistan tərəfinin informasiyalarına istinad edib.

İstinadlar Report