“Azərbaycanın azad etdiyi ərazilərində bəzi kütləvi məzarlıqlar aşkarlanıb”.

Bunu Tbilisidə Rondeli Fondunun keçirdiyi konfransda çıxış edən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.

Onun sözlərinə görə, Azərbaycan üçün mühüm məsələlərdən biri münaqişə dövründə, xüsusən də I Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərlə bağlıdır: “İtkin düşmüş şəxslərin sayı, təxminən, 4 min nəfər təşkil edir”.

F.Şəfiyev həmçinin qeyd edib ki, II Qarabağ müharibəsindən sonra mina partlayışları zamanı iki jurnalist də daxil olmaqla 200-ə yaxın azərbaycanlı həlak olub və ya yaralanıb.

İstinadlar Report