BMT Baş katibinin gənclərlə iş üzrə köməkçisi Felipe Paullier BMT-nin qlobal ofisi olaraq, gənclərin birgə əməkdaşlığına daimi dəstək göstərməyə hazır olduqlarını bildirib.
Bunu BMT Baş katibinin gənclərlə iş üzrə köməkçisi Felipe Paullier noyabrın 13-də Bakıda COP29 çərçivəsində Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbovla görüşdə deyib.
Nazir qonağa Azərbaycanda gənclər üçün yaradılmış şərait, eləcə də həyata keçirilən gənclər siyasəti barədə məlumat verib.
F.Paullier isə BMT-nin gənclərlə bağlı siyasətlərinin daha da inkişaf etdirilməsi və gənclərin beynəlxalq səviyyədə qərarların qəbul edilməsində iştirakını artırmaq üçün birgə səylərin vacibliyini və BMT-nin qlobal ofis olaraq, gənclərin birgə əməkdaşlığına daimi dəstək göstərməyə hazır olduqlarını bildirib.
Görüşdən sonra qonaq Gənclər və İdman Nazirliyinin COP29-un “Yaşıl Zona”sında fəaliyyət göstərən Gənclər Evi pavilyonunu da ziyarət edib.