Fələstinin Birləşmiş Millətlər Təşkilatına (BMT) tamhüquqlu üzvlüyü Təhlükəsizlik Şurasında səsverməyə çıxarılacaq.

Qanun layihəsinin aprelin 18-də BMT TŞ-nin Yaxın Şərqlə bağlı nazirlər səviyyəsində keçirəcəyi iclasda səsverməyə çıxarılacağı gözlənilir.

Qətnamə layihəsinin qəbul edilməsi üçün 15 üzvdən ibarət BMT TŞ-nin 5 daimi üzvü veto hüququndan istifadə etməməli və layihəyə 9 “lehinə” səsi verilməlidir.

Şuradan müsbət qərar çıxacağı təqdirdə, məsələ BMT Baş Assambleyasında müzakirə olunacaq və səsverməyə çıxarılacaq. 193 üzvdən ibarət BMT Baş Assambleyası Fələstinin tamhüquqlu üzvlüyünü təsdiqləmək üçün səslərin üçdə ikisi “lehinə” olmalıdır.

Qeyd edək ki, Fələstin 2011-ci ildə BMT-yə tam üzv olmaq üçün müraciət edib, lakin bu müraciət BMT TŞ-də lazımi dəstəyi almayıb və Fələstin 2012-ci ildə təşkilatda müşahidəçi ölkə statusu alıb.

İstinadlar Report