“Siz davamlı inkişafdan, iqlim dəyişikliklərinin qarşısını almaqdan danışırsınız. Bu, bütün xalqların haqqıdır. Biz Fələstin xalqı isə mümkün deyil ki, davamlı inkişafdan, təmiz havadan danışaq”.

Bu fikirləri Fələstin Milli Şura sədrinin müavini Ali Ahmad Faysal fevralın 22-də Bakıda keçirilən Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyasında bildirib.

Sədr müavininin sözlərinə görə, Fələstin havası İsrail tərəfindən çirklənib: “Fələstin azad deyilsə Asiya azad olmuş sayılmır. Yalnız sizin dəstəyinizlə bu problem aradan qalxa bilər. Fələstin Hiroşima, Holokost kimi dəhşətli hadisə ilə üz-üzədir. Fələstin xalqını xəritədən silmək istəyirlər. Biz buna icazə verməyəcəyik. Biz dünyaya bildiririk ki, sionist rejim və Amerikanın Fələstin xalqını məhv etməsinə icazə verməyəcəyik. APA-ya üzv ölkələr həmişə Fələstinin yanındadır. Buna görə bütün üzvlərə təşəkkürümüzü bildiririk”.

Zaur Mirzə

İstinadlar Qafqazinfo