Ərəb Dövlətləri Liqası Türkiyənin Suriyada başlatdığı əməliyyata qarşı etiraz bəyanatı yayıb.

Azərbaycan 24 xəbər verir ki, bəyanatda Türkiyənin Suriya əməliyyatı ölkənin suverenliyinə müdaxilə, beynəlxalq hüquq pozuntusu kimi qiymətləndirilir.

Səudiyyə, Misir, BƏƏ, Küveyt, İraq və digər ərəb dövlətlərinin imzaladığı bəyanatda Fələstinin də yer alması Ankarada ciddi xəyal qırıqlığı yaradıb. Daim beynəlxalq arenada Fələstini müdafiə edən Türkiyəyə qarşı tərəfin münasibəti vəfasızlıq kimi qəbul edilib.