ABŞ-nin Qəzza zolağında atəşkəs tələbi ilə Əlcəzairin təqdim etdiyi Yaxın Şərq qətnamə layihəsinə BMT Təhlükəsizlik Şurasında veto qoyması ehtiyatsız və təhlükəli addımdır.

Bu barədə Nyu-Yorkda Fələstinin BMT-dəki daimi müşahidəçisi Riyad Mənsur bildirib.

“Qətnamə layihəsinə veto qoyulması nəinki təəssüf doğurur, eyni zamanda tamamilə ehtiyatsız və təhlükəlidir. Bu, ən sarsıdıcı cinayətləri törətdikdən, milyonlarla günahsız fələstinlini saysız-hesabsız dəhşətlərə məhkum etdikdən sonra belə İsraili qorumaq üçündür”, – diplomat deyib.

İstinadlar Report