“Avropa İttifaqının (Aİ) üzvləri Şimali Makedoniya və Albaniya ilə üzvlük müzakirələrini başlamaq qərarını mümkün qədər tez razılaşdırmalarıdırlar”.

Bunu Avropa Komissiyasının vitse-prezidenti, Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə yüksək nümayəndəsi Federika Mogerini bildirib.

“Ümidvaram ki, Aİ ölkələri həm Şimali Makedoniya, həm də Albaniya ilə danışıqlar başlamaq üçün yaxın günlərdə veriləcək mühüm qərarların əhəmiyyətini anlayırlar. Fikrimcə, bu, ən qısa zamanda olmalıdır”, – deyə diplomat qeyd edib.

Qeyd edək ki, sözügedən ölkələrlə üzvlük müzakirələri islahatlarda əldə edilən irəliləyişi dəyərləndirmək üçün ötən il bu ilin iyun ayınadək təxirə salınmışdı. Avropa Komissiyası müsbət qərar çıxarmağı tövsiyə etsə də, Fransa və Niderland hələlik ehtiyatlı mövqe tutur.

İstinadlar Report