ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) uçot dərəcəsini artıracağı ilə bağlı gözləntilər fonunda dünya bazarında neft qiymətləri cüzi artıb.

“Brent” markalı neftin aprel fyuçersləri 0,27 % bahalaşaraq 85,69 ABŞ dollarına satılıb. “WTI” markalı neftin mart fyuçerslərinin qiyməti isə 0,41 % artaraq 1 bareli 79,19 ABŞ dolları təşkil edib.

Ekspertlərin əksəriyyəti ABŞ-da maliyyələşdirmə dərəcəsinin yenidən 0,25 faiz bəndi artarılaraq illik 4,5-4,75 %-ə çatacağını gözləyir.

İstinadlar Report