Millət vəkili Fazil Mustafaya qarşı baş verən silahlı hücümla bağlı cinayət işi başlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidov məlumat verib

O, bildirib ki, polis və prokurorluq əməkdaşları tərəfindən hazırda zəruri istintaq və əməliyyat axtarış tədbirləri həyata keçirilir.

Əlavə edək ki bu gün Bakıda yaşadığı evinin qarşısında güllələnən Milli Məclisin deputatı Fazil Mustafanın həyati təhlükəsi yoxdur.

Məlumata görə, deputata evində təcili tibbi yardım briqadası tərəfindən yardım edilir.

Qeyd olunub ki, sağ çiyin və sağ bud nahiyəsindən güllə yarası alan deputatın vəziyyəti qənaətbəxşdir.

 

İstinadlar Report