Yeni “MacBook Pro” noutbukları əlavə konnektorlarla təchiz ediləcək.

Növbəti nəsil “MacBook Pro” noutbuklarında HDMI port və SD kartların oxunması üçün slot quraşdırılacaq. “Apple” texnikasından istifadə edənlərin əksəriyyəti hələ də noutbukların tələb olunan interfeyslərdən məhrum edilməsi qərarından narazıdırlar: “USB-C” portları üçün birləşdiricilər satın almaq ehtiyacı yaranır.

Yeni noutbuk modelləri 2021-ci ilin ikinci yarısında təqdim ediləcək.

Emil Hüseynov

İstinadlar ict news