
Abşeron rayonu Fatmayı qəsəbəsində ağır yol qəzası baş verib.
Qəsəbə ərazisində “VAZ 2105” və “Lada Priora” markalı minik avtomobilləri toqquşub. Nəticədə avtomobillərdə olan şəxslərdən – 29 yaşlı oğlan aldığı xəsarətlərdən hadisə yerində ölüb. 20 yaşlı oğlan isə ağır vəziyyətdə xəstəxanaya aparılıb.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsində cinayət işi başlanılıb, araşdırma aparılır.
Nizam Rza